Favorit uduzdu və ilk pilləyə yüksəlmək şansını qaçırdı
21.12.2023 - 22:00

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında 2023-cü ilin son matçı keçirilib.
Apasport.az xəbər verir ki, günün yeganə oyununda “Azərreyl” “Neftçi”ni sınağa çəkib.
GİN-in Voleybol Mərkəzində təşkil olunacaq görüşdə “dəmiryolçular” 1-ci yerə yüksəlmək şansını əldən veriblər. “Azərreyl” qarşılaşmanın favoriti olsa da, "Neftçi" vacib qələbə qazanıb.
Qələbə “ağ-qaralar”ı liderlərə bir qədər yaxınlaşdırıb.
21 dekabr
Yüksək Liqa (kişilər)
VII tur
15:00. “Azərreyl” - “Neftçi” - 1:3 (23:25, 25:16, 18:25, 12:25)
GİN-in Voleybol Mərkəzi
- Kaxaber Tsxadadze: “Xarakterli futbolçuları olan komandaya qarşı oynadıq”
- Millimiz ABŞ-yə məğlub oldu
- Şahin Şahniyarov: “Millimiz üçün əlimdən gələnin ən artığını edəcəm”
- Azərbaycan Liqalarında növbəti mövsümün topları təqdim edilib
- Birinci Liqa: "Difai"dən darmadağın, "Qəbələ" və "Karvan"dan xal itkisi - YENİLƏNİB
0
0