“Bakıya qələbə ilə qayıdacağımıza inanıram”.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov deyib.
Qurum rəhbəri Azərbaycan yığmasının Polşada keçiriləcək Krakov-2023 III Avropa Oyunlarına yolasalma mərasimində jurnalistlərə açıqlama verib. Bəşirov yarış barədə fikirlərini bölüşüb: “Kumitedə ən çox lisenziyanı biz qazanmışıq. Polşada 4 kişi və 4 qadın idmançı ilə təmsil olunacağıq. Federasiyada hərtərəfli iş gedir. Avropa Oyunlarından ən azı 3-4 medal götürməyə çalışacağıq. Hamısı qızıl ola bilməz. Rəqabət çox böyükdür. Bizim idmançıları hər kəs tanıyır. Onların lider olduqlarını bilirlər və var gücləri ilə mübarizə aparırlar. İrina Zaretska, Asiman Qurbanlı, Əminağa Quliyev, Mədinə Sadıqova və digərləri medal əldə edə bilərlər. Mükafatların əyarını isə yarışda görəcəyik”.
Qeyd edək ki, III Avropa Oyunları iyunun 21-dən iyulun 2-dək keçiriləcək.
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçiriləcək