Federasiya prezidenti milli komanda ilə görüşdü
14.12.2023 - 11:02
Federasiya prezidenti milli komanda ilə görüşdü

AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov milli komandamızın heyəti ilə görüşüb.

Apasport.az xəbər verir ki, bunu federasiyanın mətbuat xidməti açıqlayıb.

AFF prezidenti dünya çempionatının elit-raund mərhələsi çərçivəsində dekabrın 15-də Bakı İdman Sarayında Rumıniya yığması ilə qarşılaşacaq komandanın üzvlərinə qarşıdakı oyunlarda uğurlar arzulayıb. Millinin baş məşqçisi Vitali Borisov hazırlıqla və oyunçuların durumu ilə bağlı federasiya rəhbərinə məlumat verib.

Görüşdə AFF-nin vitse-prezidenti Elşən Abasov, İcraiyyə Komitəsinin üzvü Rövşən Mirzəyev də iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan – Rumıniya oyunu dekabrın 15-də, saat 20:00-da keçiriləcək. Bakı İdman Sarayınına giriş sərbəst olacaq.

0