Azərbaycan Taekvondo Federasiyasının rəhbər heyəti dünya birinciliyinə hazırlaşan yeniyetmələrdən ibarət yığma komanda ilə görüşüb.
Apasport.az saytının məlumatına görə, federasiyanın vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev, İdarə Heyətinin üzvü Vüqar Məmmədov son məşq zamanı idmançıları ziyarət edib.
Taekvondoçuların hazırkı vəziyyətləri ilə maraqlanan federasiya rəhbərliyi komandanın hər bir üzvünə inandığını, dünya birinciliyindən vətənə medallarla dönəcəklərinə ümid etdiklərini vurğulayaraq, onlara uğurlar arzulayıb!
Qeyd edək ki, yeniyetmələr arasında dünya birinciliyi 28-31 iyul tarixlərində Bolqarıstanın Sofiya şəhrində keçiriləcək. Azərbaycan millisi iyulun 26-da mundiala yollanacaq.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"