[b]Federer Nadalı geridə qoydu və dünya bir nömrəsi oldu[/b]
18.06.2018 - 14:54
ATP geridə qalan həftənin nəticələrinə əsasən, kişi tennisçilərin yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Rocer Federer yenidən birinci pilləyə yüksəlib.
Ötən gün Ştutqartda keçirilən turnirin finalında Miloş Raoniçi məğlub edərək, çempion olan isveçrəli raketka ustası xallarının sayını 8 min 920-yə yüksəldib və Rafael Nadalı qaqaqlayaraq, lider olub.
Aktivində 8 min 770 xalı olan Nadal ikinci, Aleksandr Zverev (5 min 965) isə üçüncüdü.
Qeyd edək ki, Rocer Federer karyerasını ərzində ilk dəfə 2004-cü ildə ATP reytinqində birinci pilləyə yüksəlib.
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
0
0