“Fənərbaxça”nın gözü “Yuventus”un futbolçusunda
10.10.2023 - 17:18
“Fənərbaxça”nın gözü “Yuventus”un futbolçusunda

“Fənərbaxça” heyətə yeni futbolçu cəlb etmək istəyir.

Apasport.az xəbər verir ki, İstanbul klubu “Yuventus”dan Kənan Yıldıza elçi düşüb.

Komandanın baş məşqçisi İsmail Kartalın israrla heyətdə görmək istədiyi futbolçunu turinlilər buraxmaq istəmir. Hələ yayda 18 yaşlı hücumameyilli yarımmüdafiəçinin tarnsferi üçün çox çalışsalar da bu keçidə nail ola bilmədilər. Yenidən danışıqlara başlayan “sarı-bülbüllər” qışda bu işi bitirməyə çalışacaq.

Qeyd edək ki, bu mövsüm “Yuventus”un aşağı yaş qrupunda 7 oyun keçirən futbolçu 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

0