Fərrux Hüseynzadə ÇL matçına təyinat alıb
24.11.2025 - 10:17
Fərrux Hüseynzadə ÇL matçına təyinat alıb

AFFA-nın futzal üzrə baş inzibatçısı Fərrux Hüseynzadə ilk beynəlxalq təyinatını alıb.

Apasport.az xəbər verir ki, həmyerlimiz UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində bu gün Afinada keçiriləcək AEK (Yunanıstan) – Sportinq (Portuqaliya) matçının UEFA nümayəndəsi olacaq.

Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, cütün qalibi 1/4 finalda "Araz-Naxçıvan" – "Benfika" görüşünün qalibi ilə üz-üzə gələcək.