[b]FİFA Fransanın 2-ci qolu ilə bağlı qərar verdi
[/b]
17.06.2018 - 17:54
DÇ-2018-in Fransa – Avstraliya oyununda vurulan son qolun müəllifi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Avropa təmsilçisinə 2:1 hesablı qələbə qazandıran qol avstraliyalıların müdafiəçisi Aziz Behiçin passivinə yazilib.
O, avtoqol müəllifi kimi tarixə düşüb. FİFA-nın bu dəqiqləşdirməsinə qədər qol müəllifi ilə bağlı qeyri-müəyyənlik hökm sürürdü.
Bəzi mənbələr avtoqol qeydə alındığını, bəziləri isə Pol Poqbanın qol vurduğunu iddia edirdi.
0
0