FİFA əfsanəvi futbolçu Dieqo Armando Maradona ilə əməkdaşlığa son qoyub. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb argentinalının davranışıdı.
Məsələ burasındadı ki, qrup mərhələsinin axırıncı turunda Argentinanın Nigeriya üzərində qələbə qazandığı qarşılaşmanın sonlarında Maradona afrikalı azarkeşlərə tərəf orta barmağını göstərib. Ali futbol qurumu da bu üzdən onunla əməkdaşlığa son qoyub. Üstəlik, növbəti belə halın təkrarlanması 57 yaşlı müxətəssisin tribunalara buraxılmaması ilə nəticələnə bilər.
Qeyd edək ki, FİFA Argentinanın hər oyununu tribunadan izləməsi üçün Maradonaya 11 min 300 avro ödəyirdi.
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub