FİFA reytinqi: Millimizin oktyabr perspektivi
02.10.2023 - 11:59
FİFA reytinqi: Millimizin oktyabr perspektivi

Azərbaycan millisi bu ay iki oyun keçirəcək.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Canni de Byazinin yetirmələri AVRO-2024-ün seçmə mərhələsində Estoniya və Avstriya ilə qarşılaşacaq.

Bu matçların FİFA reytinqinə necə təsir edəcəyi müəyyənləşib. Millimiz hər iki oyunda təkcə qələbə deyil, heç-heçə ilə də xal hesabını artıra bilər. Bir sözlə, yığmamıza uduzmamaq da yetər.

İnanılmaz sayılan iki qələbə 33,8 xal gətirəcək. Ən uğursuz variantda – hər iki qarşılaşmadakı məğlubiyyətdə isə 16,2 xal itiriləcək.

Qeyd edək ki, ötən ay açıqlanan siyahıda yığmamız 1147,69 xalla dünyanın 121-ci komandasıdır.

13 oktyabr
Estoniya – Azərbaycan
Millimizin qələbəsi: 13,1
Millimizin heç-heçəsi: 0,6
Millimizin məğlubiyyəti: -11,9

16 oktyabr
Azərbaycan – Avstriya
Millimizin qələbəsi: 20,7
Millimizin heç-heçəsi: 8,2
Millimizin məğlubiyyəti: -4,3

0