
Bakıda baş tutacaq minifutbol üzrə dünya çempionatının püşkatma mərasimi keçirilir.
Apasport.az xəbər verir ki, tədbirdə dünya minifutbol federasiyasının prezidenti Filip Yuda çıxış edib.
“8 il əvvəl Bakıya təşrif buyurmuşdum. Burda, Azərbaycanda minifutbolun inkişafı ilə bağlı müzakirələr aparmışdıq. Dünya minifutbol federasiyası adından Orxan Məmmədovu təbrik edirəm. O, minifutbolun inkişafı üçün müxtəlif tədbirlər təşkil edib. Onun səyləri kuboku Bakıya gətirib. Biz səs verdik ki, 2025-ci ildə çempionat Bakıda keçirilsin. Orxan Məmmədova təşəkkür edirəm ki, minifutbolu Azərbaycanda inkişaf etdirmisiz. Azərbaycanda minifutbolçular olmasaydı, bu ölkədə minifutbolun inkişafı olmazdı. "Birbaşa Bakı" ilə "Zirə" arasında keçirilən final oyununu izlədim. Həqiqətən möhtəşəm idi. İnanıram ki, Bakı-2025 də əla olacaq. AMF tədbirin təşkilində fəal iştirak edir. Uğurlar arzulayıram”.
Qeyd edək ki, turnir mayın 21-dən iyunun 1-dək Bakıda keçiriləcək.
- "Qarabağ" Rüstəm Əhmədzadə ilə yollarını ayırıb - RƏSMİ
- Elgiz Abbasov: "Hazırda 4 stadionda problem mövcuddur"
- Premyer Liqada stadion dəyişiklikləri baş verib
- Premyer Liqa: Yeni mövsümün püşkatma mərasimi keçirilib - FOTO - YENİLƏNİB
- Elgiz Abbasov: “3 dövrəli çempionatın oynanılması qərarlaşdırılıb”