Bakıda Azərbaycan Qran-prisi çərçivəsində keçirilən “Formula-2” üzrə yürüşlər yekunlaşıb.
Apasport.az saytının məlumatına görə, bu gün keçirilən yarış Dennis Xauqerin qələbəsi ilə başa çatıb.
11 komandanın pilotları 29 dövrə vuraraq, qalibi müəyyənləşdiriblər. “Prema”nın üzvü rəqiblərini qabaqlayaraq, finişə birinci çatıb.
Loqan Sarcent (“Karlin”) ikinci, Felipe Druqoviç (“MP Motorsport”) üçüncü yeri tutub.
Ümumilikdə 22 pilotdan 16-sı finişə çatmağı bacarıb.
Bu nəticələrdən sonra xallarının sayını 55-ə çatdıran Dennis Xauqer mövsümün turnir cədvəlində 5-ci pilləyə yüksəlib. Felipe Druqoviç aktivindəki 132 xalla liderliyini möhkəmlədibsə, Teo Purşer (“Art Grand Prix” – 83 xal) ikinci sırada qərarlaşıb. İlk “üçlüy”ü 73 xalla Yehan Daruvala (“Prema”) qapayır.


- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib