“Çempion olduğumuz 2014-cü illə müqayisədə digər komandalar güclənib. Fransa, İspaniya, Braziliya və Argentina indi daha güclü olub”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniya millisinin baş məşqçisi Yoahim Löv deyib.
Bundestimin çalışdırıcısı sabah start götürəcək DÇ-2018 haqda fikirlərini açıqlayıb: “Əgər siz dünya çempionu və Konfederasiyalar kubokunun son qalibisinizsə və 3-4 ildi dünyanın ən yaxşılarından birisinizsə, rəqiblər daha həvəslə oynayacaq. Hər komanda titulunu qorumağa çalışan çempiona qalib gəlmək istəyir. Çempion olmaq üçün hər şey üst-üstə düşməlidi. Komandalar gücünə görə yaxındı və çox amillər vacib əhəmiyyət kəsb edir. Uğur və zədələrin olmaması zəruridi. Kiçik nüanslar böyük rol oynaya bilər. İlk oyundan sonadək yüksək səviyyədə oynamaq lazımdı. Enerjili və köklənmiş olmaq, zəifliyə imkan verməmək də vacibdi. Belə olmasa, pley-offda evə erkən dönmək məcburiyyətində qalırsan”.
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub