Fransalı futbolçu "Sumqayıt"da
23.07.2025 - 19:07
Fransalı futbolçu "Sumqayıt"da

"Sumqayıt" fransalı futbolçunun transferini açıqlayıb.

Apasport.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi mərkəz müdafiəçisi Rayan Senhadji ilə müqavilə bağlayıb.

28 yaşlı oyunçu son olaraq Rusiyada "Fakel" kollektivinin şərəfini qoruyub.