[b]Fransayla İtaliyanın rekordu təkrarlandı
[/b]
14.07.2018 - 18:56
DÇ-2018-in 3-cü yer uğrunda oyununda hesabı açan Tomas Menye Belçika yığmasının mundialda qol vuran 10-cu oyunçusu olub. Apasport.az saytının məlumatına görə, İngiltərə ilə qarşılaşmayadək komandanın 14 qoluna 9 futbolçu imza atmışdı.
15-ci qolun müəllifi bu siyahıya 10-cu kimi düşüb. Bununla da dünya çempionatları tarixinin rekordu təkrarlanıb.
Bunadək iki dəfə eyni komandanın 10 üzvü bir mundialda fərqlənmişdi. 1982-ci ildə Fransa, 2006-cı ildə İtaliya yığmasında bu qədər futbolçu qol sevinci yaşamışdı.
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
0
0