Futzal yığmamızın son şansı
11.10.2023 - 11:26
Futzal yığmamızın son şansı

Futzal üzrə Azərbaycan milli komandası DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirəcək. 

Apasport.az xəbər verir ki, millimiz səfərdə Qazaxıstan yığması ilə qarşılaşacaq.

Bu, Vitali Borisovun komandası üçün qrupda 1-ci yer uğrunda mübarizədə son şansdır. Belə ki, qrup qalibi olmaq şansını saxlamaq üçün mütləq qələbə qazanmağımız lazımdır.

Qeyd edək ki, millimiz 5 gün əvvəl Bakıda Qazaxıstana 2:4 hesabıyla məğlub olub. 
 
11 oktyabr 
18:00. Qazaxıstan – Azərbaycan
Hakimlər: Trayan Enchev, Kaloyan Kirilov, İvo Tsenov
Timekeeper: Turekhan Tursumbayev (Qazaxıstan)
Hakim-inspektor: Silvo Borosak (Sloveniya)
UEFA nümayəndəsi: Morten Engebretsen (Norveç)
Astana. Jekpe-Jek Hall

0