Füzuli Məmmədov "Şahdağ Qusar"da - Rəsmi
08.06.2026 - 21:49
Füzuli Məmmədov "Şahdağ Qusar"da - Rəsmi

Azərbaycanın I Liqa təmsilçisi “Şahdağ Qusar"ın yeni baş məşqçisinin adı bəlli olub.

Apasport.az xəbər verir ki, klub Fizuli Məmmədovla razılığa gəlib.

Onunla “1+1” illik müqavilə imzalanıb.

Füzuli Məmmədovun köməkçiləri Rafael Əmirbəyov, Rauf Mehdiyev və Əzəmət Ələkbərli olacaq. 

Qeyd edək ki, F. Məmmədov bundan əvvəl “Karvan-Yevlax”ın baş məşqçisi olub.