
Gənclər və idman nazirinin səlahiyyətləri artırılıb.
Apasport.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyev imzaladığı Fərmanla “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb.
Nazirin səlahiyyətləri sırasına dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar vəsaitin sərəncamçısı olaraq maliyyə vəsaitini bölüşdürmık, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla nazirlik işçilərinin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin etmək və nazirliyin fəaliyyət istiqamətləri üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar vəsaitin formalaşdırılması ilə bağlı təkliflər vermək daxil edilib.
- Ayxan Abbasov: “Gələn il gənc futbolçuların oynaması çətin olacaq”
- “Araz-Naxçıvan” "Şamaxı" ilə bacarmadı - YENİLƏNİB
- Referimiz Niderland - Xorvatiya oyununa təyinat alıb
- Azərbaycanın U-19 millisinin toplanış üçün heyəti açıqlanıb
- Uşaq futboluna qənim kəsilən AFFA-nın virusları: Yadullayevlər, Abdullayevlər...