“Gent” növbəti mərhələnin bir addımlığında
09.08.2023 - 23:51
“Gent” növbəti mərhələnin bir addımlığında

Konfrans Liqası III təsnifat mərhələsinin iki oyunu keçirilib.

Apasport.az saytı xəbər verir ki, “Gent” öz meydanında böyükhesablı qələbə qazanıb.

Polşanın “Poqon” klubunu qəbul edən “Gent” oyunun taleyini birinci hissədə həll edib. Rəqib qapısından 4 top keçirən belçikalılar fasilədən sonra bir dəfə fərqləniblər. Komandanın nigeriyalı hüçumçusu Orban “het-trik” edərək, qələbədə böyük pay sahibi olub.

Günün digər matçında AEK Kiprdə “Makkabi” ilə bacarmayıb. Təl-Əviv təmsilçisi hesabı açsa da, meydan sahibləri sona yaxın “status-kvo”nu bərpa ediblər.

Qeyd edək ki, mərhələnin digər oyunları sabah keçiriləcək.

UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
9 avqust


AEK (Kipr) - “Makkabi” T-Ə (İsrail) – 1:1
“Gent” (Belçika) – “Poqon” (Polşa) – 5:0
 

0