İdman gimnastikasının tamblinq növü üzrə Azərbaycan millisi Qazaxıstanın Almatı şəhərində keçirilən turnirdə 6 medal qazanıb.
Apasport.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, təmsilçilərimiz 3 qızıl, 2 gümüş və 1 bürünc medal əldə ediblər.
Fərdi mübarizədə Aleksey Karataşov, Sənan Rzazadə qızıl, Xətai Hümbətov, Nazim Nağı gümüş, Hüseyn Əsədullayev bürünc medala yiyələniblər. Komanda yarışında isə Hüseyn Əsədullayev, Aleksey Karataşov, Uğur Cəfərli və Sənan Rzazadədən ibarət heyət birinci olub.
Beynəlxalq dərəcəli hakim Rahib Əliyev də yarışda ölkəmizi təmsil edib.
- Zaur Həşimov: “Düşdüyümüz durum bizi kədərləndirir”
- MPL: “Neftçi” - “Turan Tovuz” matçında bərabərlik - YENİLƏNİB
- U-15 dünya çempionatı: MİLLİMİZDƏN DARMADAĞIN - FOTO
- Prezident İlham Əliyev Azərbaycan – Timor-Leste oyununu izləyir - YENİLƏNİB
- Bakıda FIFA U-15 dünya çempionatı və festivalının açılışı keçirilib - YENİLƏNİB - FOTO