Güləşçilərimizdən daha 4 medal
18.02.2024 - 22:47
Güləşçilərimizdən daha 4 medal

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatına bu gün yekun vurulub.

Apasport.az xəbər verir ki, yarışın son günündə axırıncı 5 çəkidə qaliblər müəyyənləşib.

Bu çəkilərdən 4-də Azərbaycan millisinin güləşçiləri də bürünc medal qazanıblar. 61 kq çəkidə Nürəddin Novruzov təsəlliverici görüşə qatılıb və Nils Leuterti (İsveçrə) 12:2 hesabı ilə məğlub edib. O, bürünc medal uğrunda Georgi Vangelovla (Bolqarıstan) qarşılaşıb. İdmançımız 7:3 üstün olub və bürünc qazanıb.

74 kq çəkidə yarımfinalda uduzan Turan Bayramov da 3-cü yer uğrunda gücünü yoxlayıb. O, Mohammed Aliasger Mottaginiyə (İspaniya) 4:0 hesabı ilə qalib gələrək, bürüncə sahib çıxıb.

86 kq çəkidə Arseniy Djioyev də fəxri kürsünün üçüncü pilləsinə qalxıb. O, bürünc uğrunda görüşdə Arslan Baqayevi (AİN) 6:4 hesabı ilə məğlub edib.

125 kq çəkidə isə milli komandamıza son medalı Georgi Meşvildişvili qazandırıb. Yığmanın ən ağır çəkili pəhləvanı bürünc medal uğrunda qarşılaşmada Murazi Mçelidzeyə (Ukrayna) tam üstünlüklə qalib gəlib - 10:0.

Qeyd edək ki, sərbəst güləşçilərimizdən Maqomedxan Maqomedov (97 kq) ikinci, İslam Bazarqanov (57 kq) və Əli Rəhimzadə (65 kq) üçüncü yeri tutub.

0