Hakandan dubl, "İnter" finalda: Möcüzəvi geridönüş
22.04.2026 - 01:01
Hakandan dubl, "İnter" finalda: Möcüzəvi geridönüş

İtaliya kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilir. 

Apasport.az xəbər verir ki, "İnter" 0:0-ın revanşında "Cüzeppe Meazza"da "Komo"nu qəbul edib.

48 dəqiqədə hesabda 0:2 geriyə düşən "İnter" 20 dəqiqədə 3 qol vuraraq fantastik qələbə qazanıb.

Türkiyəli ulduzu Hakan Çalhanoğlunun dublu ilə əvvəlcə hesabı bərabərləşdirən "göy-qaralar" 89-cu dəqiqədə Suçiçin vurduğu qolla adını finala yazdırıb: 3:2.

Finalda "İnter"in rəqibi "Latsio" - "Atalanta" cütünün qalibi olacaq.