Həmyerlilərimiz Skandinaviyada da "Qarabağ"ı yalnız buraxmır
01.12.2023 - 00:07
Həmyerlilərimiz Skandinaviyada da "Qarabağ"ı yalnız buraxmır

Azərbaycan çempionu “Qarabağ” hazırda növbəti avrokubok oyununu keçirir. 

Apasport.az xəbər verir ki, Ağdam klubu Avropa Liqasının qrup mərhələsində V tur matçında Norveçdə “Molde” ilə qarşılaşır. Bu görüş ikinci yerin taleyi baxımından böyük əhəmiyyət kəsb edir.

Uzaq Skandinaviyada Qurban Qurbanovun yetirmələri özünü yalnız hiss etmir desək, yanılmarıq. Belə ki, məsafə, hava şəraiti demədən, sevimli komandalarını stadiondan dəstəkləyən onlarla həmyerlimiz "Qarabağ"dan növbəti nailiyyət gözləyir.

Oyunu həm Avropada yaşayan, həm də səfərə yollanan azarkeşlərimiz stadiondan izləyir. 

0