I Liqa: Lider xal itirdi
11.12.2025 - 18:22
Futbol üzrə Azərbaycan I Liqasında X tura yekun vurulub.
Apasport.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub.
Lider "Şəfa" "Zaqatala" ilə oyunda xal itirib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
"Səbail" isə öz meydanında "Difai"ni 3 cavabsız qolla məğlub edib - 3:0.
I Liqa, X tur
11 dekabr
"Şəfa" - "Zaqatala" 1:1
Qol: E.Cəfərov, 55 - O.Təhməzli, 74
"Səbail" - "Difai" 3:0
Qollar: R.Hacıyev, 5, E.Qasımov, 88, 90+4
0
0