İbrahim Ramazanov “Qəbələ”də - rəsmi
11.02.2025 - 20:18

“Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, İbrahim Ramazanov “qırmızı-qaralar”ın formasını geyinəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
20 yaşlı müdafiəçi “Turan Tovuz”dan 1,5 illik icarəyə götürülüb.
Qeyd edək ki, İbrahim "Qəbələ" akademiyasının yetirməsi olub.
0
0