II Liqada 1-ci dövrə başa çatdı
06.12.2023 - 20:42
II Liqada 1-ci dövrə başa çatdı

Bu gün II Liqada 13-cü tura yekun vurulub. Apasport.az xəbər verir ki, 3-cü oyun günündə 1 matç keçirilib. Lider "Bakı Sportinq" 10-cu pillədəki "Dinamo"nun qonağı olub və 4:2 hesablı qələbə qazanıb.

"Dinamo" - "Bakı Sportinq" matçı ilə həm də Azərbaycan 2-ci liqasında 1-ci dövrə yekunlaşıb.

Qeyd edək ki, turun digər görüşləri 4 və 5 dekabr tarixlərində oynanılıb.

6 dekabr (çərşənbə)

“Dinamo” – “Bakı Sportinq” - 2:4

Qollar: Fizuli Dəmirov, 2, Elmin Əskərli, 56 - Ülvi Quliyev, 4, 22-pen; Elməddin Hüseynzadə, 8, Röyal Nəcəfov, 73
Binə qəsəbə stadionu

4 dekabr (bazar ertəsi)

"Qusar" - "Şəki Siti" - 2:1

"Kürmük Qax" - "Füzuli" - 0:2

"Şəfa" - "Ağdaş" - 1:2

5 dekabr (çərşənbə axşamı)

“Cəbrayıl” – “Şəmkir” - 3:1

“Göygöl” – “Şahdağ Qusar” - 0:4

“Kür-Araz” – “Lerik” - 7:2

0