II Liqada 2023/2024 mövsümünün mükafatlandırma mərasimi keçiriləcək
15.05.2024 - 16:33
Futbol üzrə Azərbaycan II Liqasında 2023/2024 mövsümünün mükafatlandırma mərasimi keçiriləcək.
Apasport.az xəbər verir ki, 21 may tarixində Binə qəsəbə stadionunda baş tutacaq “Şəfa” – “Baku Sportinq” oyunundan sonra II Liqada qızıl, gümüş və bürünc mükafatçılar təltif olunacaq, qalibə kubok təqdim ediləcək.
Həmçinin mövsümün bombardir və ya bombardirlərinin mükafatları veriləcək.
- Yeni mövsümün təqvimi açıqlanıb
- “Qarabağ” “28 Mall”da yeni mağaza açacaq
- "İmişli"dən növbəti transfer – Fil Dişi Sahilindən yarımmüdafiəçi
- Serbiya Superliqasının baş katibi PFL-də – Əməkdaşlıq perspektivləri müzakirə olundu
- Prezident İlham Əliyev U-15 dünya çempionatının təşkili barədə Sərəncam imzalayıb
0
0