"Şirvan" II Liqada - YENİLƏNİB
29.05.2025 - 18:43
"Şirvan" II Liqada - YENİLƏNİB

Bu gün II Liqaya vəsiqə uğrunda pley-off oyunu keçirilir.

Apasport.az xəbər verir ki, II Liqanın 13-cü sırasında mövsümü bitirən “Lerik” Region Liqasının gümüş medalçısı “Şirvan”la qarşılaşır.

“ASCO Arena”da baş tutan oyuna saat 16:00-da start verilib.

5 qolun vurulduğu matçda sevinən tərəf "Şirvan" olub. Görüş şirvanlıların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

II Liqa, pley-off

16:00. “Lerik” – “Şirvan” - 2:3
Qollar: 
Z. Nuruzadə, 21. P. Ağazadə, 45 - N. İsayev, 45+2. E. Xəlilov, 90+5 (p.). E. Rəsulov, 90+7
Baş hakim: Əliyar Ağayev