Yevlaxda qolsuz sülh
17.01.2026 - 15:50
Yevlaxda qolsuz sülh

Bu gün Misli Premyer Liqasının təmsilçiləri “Karvan-Yevlax” və “Kəpəz” yoxlama görüşündə üz-üzə gəliblər.

Apasport.az xəbər verir ki, qarşılaşma Yevlax şəhər stadionunda keçirilib.

Oyunun start fiti saat 14:00-da səslənib. Gərgin keçən qarşılaşmada qol səsi çıxmayıb. Oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, “Kəpəz” ilk yoxlama oyununda “Qəbələ”yə 1:3 hesabı ilə məğlub olub.