[b]İki futbolçu millidən getdi
[/b]
03.07.2018 - 17:50
DÇ-2018-də mübarizəni 1/8 finalda dayandıran Meksika millisinin iki futbolçusu yığma karyerasını başa vurub. Apasport.az saytının məlumatına görə, bunlar Oribe Peralta və Rafael Markesdi.
Təcrübəli futbolçular bu qərarı Braziliyaya 0:2 hesablı məğlubiyyətdən sonra verib. 34 yaşlı Peralta millidə 67 oyun keçirib. Onun hesabında 25 qol var. 39 yaşlı Markes isə 146 qarşılaşmada 19 dəfə fərqlənib.
0
0