“İmişli” hücumçusu ilə yollarını ayırıb - RƏSMİ
07.01.2026 - 18:14
“İmişli”də ayrılıq baş verib.
Apasport.az xəbər verir ki, komandanın hücumçusu İbrahim Əliyev klubu tərk edib.
Bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında razılaşmaya əsasən, 26 yaşlı futbolçu ilə müqaviləyə xitam verilib.
Qeyd edək ki, İbrahim Əliyev mövsümün əvvəlində MOİK-dən “İmişli”yə transfer olunmuşdu. O, cari mövsümdə komandanın heyətində 11 rəsmi oyunda meydana çıxıb və 1 qolla yadda qalıb.
0
0