“İmişli”dən növbəti transfer
25.02.2026 - 12:35
“İmişli”dən növbəti transfer

“İmişli” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, komanda kolumbiyalı yarımmüdafiəçi Faxardo Hernandezi komandaya transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

19 yaşlı futbolçu ilə 2,5+1 illik müqavilə imzalanıb.