"İmişli"nin müdafiəçisinin durumu bəlli olub
18.08.2025 - 10:58
"İmişli"nin müdafiəçisinin durumu bəlli olub

Misli Premyer Liqasının I turunun "Turan Tovuz"la matçında (0:1) zədələnən Dioqo Vaskes Rollonun durumu açıqlanıb.

Apasport.az xəbər verir ki, bu barədə "İmişli"nin mətbuat xidməti məlumat yayıb.

Həkimlərin ilkin rəyinə əsasən, oyunçunun vəziyyəti sabitdir və ciddi təhlükə yoxdur. Onun müalicə prosesi davam edir.

Qeyd edək ki, Dioqo Vaskes Rollo qapıçı Andrey Sinenka ilə toqquşub və çiynindən xəsarət alıb.