İrəvanda keçirilən Avropa çempionatında uğur qazanan Türkiyə ağırlıqqaldıranlarının Bakı səfərinin vaxtı və nümayəndə heyətinin tərkibi bəlli olub.
Apasport.az saytının məlumatına görə, bunu Gənclər və İdman Nazirliyinin mətbuat xidməti açıqlayıb.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizə dəvət olunan idmançılar sabah Bakıya gələcək. Avropa çempionları Nuray Güngör, Cansu Bekdaş, Yusuf Fehmi Genc, gümüş mükafatçı Qamze Altunun yer aldığı nümayəndə heyətinə Türkiyə Ağır Atletika Federasiyasının prezidenti Talat Ünlü də daxildir.
Qonaqların yer aldığı təyyarə sabah saat 16.10-da Heydər Əliyev Beynəlxalq Hava Limanına çatacaq. Türkiyəlilərin qarşılanma mərasimi təşkil olunacaq. Səfər çərçivəsində onların Bakıda bir sıra görüşləri və tədbirlərdə iştirakları nəzərdə tutulub.
- Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq