“İrəvan”ın prezidenti cəzalandı
29.11.2023 - 13:51
“İrəvan”ın prezidenti cəzalandı

“İrəvan” klubunun prezidenti Zahid Niyazəliyev cəzalandırılıb.

Apasport.az xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

O, I Liqada IX turun “İrəvan” – “Difai Ağsu” oyunundakı hərəkətinə görə cəza alıb. Niyazəliyev matç bitdikdən sonra akkreditasiya vəsiqəsi olmadan meydançaya, dəhlizə daxil olub.

Buna görə də klub prezidenti 1 oyun cəzalanıb. “İrəvan” klubu 50 manat cərimə edilib.

0