İslam Həmrəyliyi Oyunları: Günün proqramı
13.11.2025 - 09:18
İslam Həmrəyliyi Oyunları: Günün proqramı

VI İslam Həmrəyliyi Oyunlarında (Riyad-2025) bu gün — 13 noyabr tarixində Azərbaycan idmançıları 3 növdə mübarizə aparacaqlar.

Apasport.az xəbər verir ki, qadın voleybolçulardan ibarət Azərbaycan yığması finalda Türkiyə millisi ilə münasibətlərə aydınlıq gətirəcək. 

Stolüstü tennis üzrə qarışıq qoşa kateqoriyasında Mərziyyə Nurmatova və Adil Əhmədzadə yarımfinalda Türkiyə təmsilçilərinə qarşı mübarizə aparacaqlar.

Muaytay üzrə isə Azərbaycanın üç idmançısı yarımfinal görüşünə çıxacaq:

Əli Əliyev (55–60 kq) — 11:00

Xəyal Əliyev (60–65 kq) — 12:00

Səlahəddin Qocazadə (65–70 kq) — 16:00.