İspaniyalı futbolçu "Qarabağ"dan AYRILDI
08.01.2024 - 09:59
İspaniyalı futbolçu "Qarabağ"dan AYRILDI

26 yaşlı futbolçu Qaspar Panadero “Qarabağ”la vidalaşıb.

Apasport.az xəbər verir ki, ispaniyalı futbolçu bu barədə "instagram" hesabında paylaşım edib. 

Panadero klub rəhbərliyinə və azarkeşlərə təşəkkür edib: “Hörmətli komanda yoldaşlarım, məşqçilər heyəti, rəhbərlik və hər şeydən əvvəl inanılmaz “Qarabağ” azarkeşləri, vida vaxtı gəldi. İlk növbədə layihədə mənə etibar etdiyi üçün kluba təşəkkürümü bildirirəm. Formanızı geyinmək şərəfdir. Kluba və komanda yoldaşlarıma təşəkkür edirəm. Azarkeşlərə isə dərin minnətdarlığımı bildirirəm”.

"Qarabağ"la sözləşməsinə xitam verilən ispaniyalı komandada az şans qazandığını vurğulayıb: “Müxtəlif şərtlərlə əlaqədar performans baxımından mənim üçün ən yaxşı dövr deyildi, çətin dönəmlər idi. Ən yaxşı oyunumu göstərmək istərdim, lakin bura uyğunlaşmaqda çətinlik çəkdim. Buna baxmayaraq, çalışqanlığım maksimum həddə idi. Daha çox şans əldə etməyə çalışdım, amma futbol bəzən belə işləyir. Həqiqətən də səviyyəmi nümayiş etdirmək istərdim. Gələcəkdə sizə ən yaxşısını arzulayıram. Hər şey üçün təşəkkür edirəm”.

0