İsveç - Azərbaycan matçının təyinatları bəlli olub
16.11.2024 - 13:37

Azərbaycan millisinin UEFA Millətlər Liqasının VI turunda İsveç yığmasına qarşı keçirəcəyi matçın təyinatları açıqlanıb.
Apasport.az xəbər verir ki, Solna şəhərindəki “Strouberri Arena”da baş tutacaq görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Pavel Raçkovskiyə Radoslav Sieyka, Adam Kupsik kömək edəcəklər. Dördüncü hakim funksiyasını Voytsex Muts yerinə yetirəcək.
Qeyd edək ki, noyabrın 19-da reallaşacaq görüşün start fiti Bakı vaxtı ilə saat 23:45-də səsləndiriləcək.
- Ramil Orucov mükafatlandırılıb
- "Sabah" onu əldən buraxmaq istəmir: Braziliyalıya 1 illik təklif
- Rzanı istəyən klubun adı bəlli oldu: "Neftçi"nin qapıçısı yuvadan uçur?
- Misli Premyer Liqası: “Neftçi”– “Zirə” matçının təyinatları açıqlanıb
- Azərbaycan millisinin qapıçısı: "Yığma komandamız buna layiqdir"
0
0