İsveç mətbuatı "Qarabağ"a təriflər yağdırdı
15.12.2023 - 12:21
İsveç mətbuatı "Qarabağ"a təriflər yağdırdı

"Qarabağ"ın futbolçularının minimum səviyyəsi “Hakken”in oyunçularından xeyli yüksək idi"

Apasport.az xəbər verir ki, İsveç mətbuatı “Hakken”in dünənki məğlubiyyətindən sonra "Qarabağ"ın təcrübəsi haqqda yazıb:

 “Onların beynəlxalq arenada təcrübəsi hiss olunurdu. Hamı topla gözəl rəftarı ilə seçilirdi. Qarşılaşmanın son dəqiqələrində avtoqol istisna olmaqla, "Qarabağ"ın heç bir futbolçusu ciddi səhvə yol vermədi. İsveç çempionatında siz bir qədər pis keyfiyyətə malik oyunçulara sahib ola bilərsiniz və yenə də üçüncü yerdə çıxış edə bilərsiniz. Amma Avropa Liqasında “Hakken”nin səviyyəsi aydın göründü”.

Qeyd edək ki, təmsilçimiz ilk dəfə Avropa Liqasında 1/16 final mərhələsinə adlayıb.

0