
İsveçrə millisinin forvardı Yosip Drmiçin “Qarabağ”da oynamaq ehtimalı haqda xəbər vermişdik.
Apasport.az saytına verilən məlumata görə, təcrübəli forvard özü də Ağdam klubunda çıxış etməyə müsbət yanaşıb.
O, menecerinə “Qarabağ”a keçməyə hazır olduğunu deyib. Hətta əvvəlki maaşlarından daha aşağı məbləğə oynamağa razı olduğunu bildirib.
Azərbaycan çempionunun Drmiçin transferini qış “transfer pəncərəsi”ndə reallaşdırmaq ehtimalı böyükdür.
Qeyd edək ki, hazırda klubsuz olan Yosip “Sürix”, “Bayer” (Leverkuzen), “Nürnberq”, “Hamburq”, “Norviç”, “Riyeka”, “Dinamo”(Zaqreb) klublarında oynayıb.
- ""Sabah" kubok finalında "Qarabağ"a qarşı göstərdiyi oyunu "Selye"yə göstərsə..,"
- “Araz-Naxçıvan” “Trabzonspor”u məğlub edib - YENİLƏNİB
- “Trabzonspor”un futbolçusu "Araz Naxçıvan"la görüşdə zədələnib.
- Rafael Utziq Azərbaycana qayıtdı, Rəşad Sadıqov cəzalandırdı - ÖZƏL
- “Neftçi”nin yeni mövsüm formaları satışa çıxarılıb