Bu mövsüm performansı ilə Avropanın bir çox klublarının transfer siyahısında yer alan “Qarabağ”ın hücumçusu Juninyonun yayda komandadan ayrılacağı deyilir.
Apasport.az saytına verilən məlumata görə, braziliyalı futbolçu yeni mövsümə də Ağdam klubunda başlamaq istəyir.
O, ən yaxşı halda bu ilin qış fasiləsinə qədər komandada qala bilər. Hücumçu “Qarabağ”a avrokuboklarda kömək edib, daha sonra komandadan ayrılmaq istəyir.
Lakin futbolçuya görə “Qarabağ”a yüksək məbləği olan təkliflər olacağı təqdirdə, onun yayda da satılması gündəmə gələ bilər.
Xatırladaq ki, 27 yaşlı hücumçu 2023-cü il iyulun 1-də "Qarabağ"a keçib.
Onun Ağdam klubu ilə müqaviləsi 2026-cı il iyunun 30-da başa çatacaq.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ