Kamerunlu futbolçu "Qarabağ"a gəlmədi - "Botev"də qalır
25.03.2025 - 16:08
“Botev”in forvardı Vinni Tribuletinin “Qarabağ”a transfer olunacağı iddia olunurdu.
Apasport.az saytına verilən məlumata görə, Ağdam klubu Plovdiv təmsilçisinin hücumçusunu transfer etməyəcək.
Belə ki, 25 yaşlı kamerunlu hücumçunun “Botev”də qalacağı gözlənilir. Transferin reallaşmayacağı artıq dəqiqləşib.
Onun Bolqarıstan klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
Forvardın ən yaxşı halda, qarşıdakı mövsümün sonunda “Botev”dən ayrıla biləcəyi gözlənilir.
“Nansi”, “Virton”, “Beroe”də oynamış Vinni 2024-cü ildən “Botev”in formasını geyinir.
- Tahir Gözel: “Qarabağ” gələcək nəsillərə qalacaq bir mirasdır”
- “Turan Tovuz” – “Fənərbaxça” matçının başlama saatı bəlli oldu
- Millimiz Qəbələdə ilk yoxlanış matçını keçirib
- Prezident çempionatla bağlı sərəncam imzaladı
- AMADA UEFA Gənclər Liqasında mübarizə aparacaq "Qarabağ"ın U-19 komandası üçün seminar keçirib
0
0