Kanselo "Barselona"da QALIR?
29.03.2024 - 20:11
Kanselo "Barselona"da QALIR?

“Mançester Siti”nin müdafiəçisi Joao Kanselo hazırda “Barselona”da icarə əsasında çıxış edir.

Apasport.az xəbər verir ki, “şəhərlilər” portuqaliyalını bu yay satmaq, “blauqrana” isə futbolçunun icarə müddətini uzatmaq niyyətindədir. Klubların Kanselonun transfer dəyəri ilə bağlı fikirləri ciddi şəkildə fərqlənir, ona görə də müdafiəçinin "Blauqrana"ya tam transfer olması çətin görünür.

Qeyd edək ki, "Əl-Hilal" Kanselonu transfer etməkdə maraqlıdır, Mançester təmsilçisi də portuqaliyalının Səudiyyə klubuna transferindən böyük məbləğdə pul qazanmaq istəyir.

 

0