Kapitan “Neftçi”ni tərk edə bilər
10.01.2024 - 13:57
Kapitan “Neftçi”ni tərk edə bilər

Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandasının kapitanı Fərid Yusifli “Neftçi”ni tərk edə bilər.

Apasport.az saytına verilən məlumata görə, müqavilə ilə “Neftçi”yə məxsus olan yarımmüdafiəçi Premyer Liqadakı klubların maraq dairəsindədir.

“Kəpəz”, “Araz Naxçıvan” Yusiflini icarəyə götürmək üçün danışıqlar aparır.

Yusiflinin bu qış icarəyə verilib-verilməyəcəyi yaxın günlərdə dəqiqləşəcək.

0