“Karyeramın ən gözəl anlarından biri idi. Çox sevincliyəm. Ən gözəl performanslarımdan birini göstərdim. Amma əsas komandanın necə oynamasıdı”. Apasport.az saytının məlumatına görə, bunu Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo deyib.
Komandasının kapitanı Rusiyada keçirilən dünya çempionatının qrup mərhələsinin I turu çərçivəsində İspaniya ilə oyunlarını şərh edib. O bildirib ki, 3:3 hesablı nəticə ədalətlidi: “Gözəl bir komanda ilə qarşılaşmada 2 dəfə önə keçdik. Lakin üstünlüyümüzü qoruya bilməyib, geri düşdük. Sonadək təslim olmadıq, savaşdıq. Nəticədə görüşü heç-heçə bitirdik. Məncə, ədalətli bir yekundu”.
İspaniya ilə matçda het-trik edən futbolçu mundialdakı şanslarını da dəyərləndirib: “Favorit deyilik, amma liderlərdən biriyik. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.
Ronaldo iyunun 20-də Mərakeşlə oyunda qələbə qazanacaqlarına inam ifadə edib. O bildirib ki, bu qələbə növbəti mərhələyə yüksəlmək üçün vacibdi.
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb