“Kəpəz” bir neçə futbolçunu baxışdan keçirəcək
03.07.2024 - 21:20
“Kəpəz” bir neçə futbolçunu baxışdan keçirəcək

Yeni mövsümün hazırlıqlarına başlayan “Kəpəz” bir neçə futbolçunu baxışdan keçirəcək. 

Apasport.az saytına verilən məlumata görə, Gəncə klubuna dəvət olunacağı əvvəldən bəlli olan Turqay Möhbəliyev haqda yekun qərar verilməyib. Belə ki, bu futbolçu birbaşa müqaviləyə gəlmir. 

O, yalnız baxışa gələcək. Belə ki, futbolçu özü Azərbaycana gəlmək istəyib və hətta gəliş-gediş xərcini də özü qarşılayacaq.

Möhbalıyev “Kəpəz”in məşqçilər korpusunun etimadını qazanarsa, komandada qalacaq və bir neçə günlük baxışdan keçdikdən sonra onunla müqavilə imzalanacaq. 24 yaşlı futbolçu Rusiyanın U-16, U-19 və U-20 yığmalarında da oynayıb.

“Spartak”ın yetirməsi olan əslən azərbaycanlı futbolçu “Ufa”, “Rotor” komandalarında da oynadıqdan sonra “Legion”a keçib.

0