“Neftçi” 5 qolla qalib gəldi - YENİLƏNİB
10.05.2024 - 20:49
“Neftçi” 5 qolla qalib gəldi - YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasının XXXIV turu başlayacaq.

Apasport.az xəbər verir ki, ilk oyun gününün yeganə qarşılaşması saat 19:00-da "Neftçi" Arena"da keçiriləcək.

"Neftçi" doğma azarkeşləri qarşısında "Kəpəz"i qəbul edəcək. "Ağ-qaralar" hazırda 50 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. "Kəpəz" isə 35 xalla səkkizincidir.

Miodraq Bojoviçin yetirmələri 3 xal qazanaraq avrokubok uğrunda mübarizəyə davam etmək istəyirlər. Gəncə təmsilçisi isə xal ehtiyatını artıraraq üst pillələrə yüksəlməyi hədəfləyir. 

Qeyd edək ki, turun digər oyunları mayın 11-i və 12-də baş tutacaq.

Azərbaycan Premyer Liqası

XXXIV tur

10 may

19:00. “Neftçi” – “Kəpəz” 5:1 

Qol: Şinyaşiki, 44, 47, 76. Brayan Moreno, 45+2. Ağadadaş Salyanski, 86 - Latir Fal, 36

Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Müslüm Əliyev, Əli Əliyev.

VAR: İnqilab Məmmədov.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Elgiz Abbasov.

"Neftçi Arena"

"Neftçi": 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 14. Eddi İsrafilov (k), 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 4. Mark Tamaş, 99. Ervin Koffi, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon, 88. Brayan Moreno

Ehtiyat oyunçular: 1. İvan Brkiç, 95. Rəvan Kazımov, 8. Emin Mahmudov, 2. Qara Qarayev, 7. Azər Əliyev, 26. Ömər Buludov, 91. Ağadadaş Salyanskiy, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 6. Dieqo Valdez, 23. Ataa Caber, 77. Yeqor Boqomolski

Məşqçi: Saşa Petroviç

"Kəpəz": 12. Kamran İbrahimov, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 14. Elçin Əlicanov, 8. Elmir Tağıyev, 88. Şakir Seyidov, 33. Camal Cəfərov, 15. Cavad Kərimov, 26. Adama Niane, 91. Latir Fal, 78. Yeqor Xvalko (k)

Ehtiyat oyunçular: 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 29. Amil Yunanov, 10. Tural Rzayev, 47. Ədilxan Qarəhmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 13. Fərid Kələntərov,66. Arzu Atakişiyev

Baş məşqçi: Adil Şükürov

0