“Kəpəz” kapitanı ilə vidalaşdı
28.06.2025 - 14:27

“Kəpəz” futbolçusu Yeqor Xvalko ilə vidalaşıb.
Apasport.az xəbər verir ki, Gəncə təmsilçisi müqaviləsi başa çatan kapitanı ilə yollarını ayırıb.
Bu barədə klubun mətbuat xidməti paylaşım edib.
O, son üç ildə "sarı-göylər"in şərəfini qoruyub. Xvalkonun Gəncədəki karyerası 2022-2023-cü illər mövsümündən başlayıb. 28 yaşlı oyunçu komandanın heyətində 95 çempionat matçında meydana çıxaraq 3 qol vurub. Yeqor son iki mövsümdə "Kəpəz"in kapitanlarından olub.
- "Zirə" məşqçisi ilə yollarını ayırıb
- “Neftçi” – “Şamaxı” matçının biletləri satışa çıxarılacaq
- Emil Mustafayev: "Rəhbərlik mənə bildirdi ki, özümə yeni klub tapmalıyam"
- Felipe Santos: “Omoniya” ilə görüşdə sona qədər mübarizə aparacağıq"
- Premyer Liqanın açılış matçını idarə edəcək hakim müəyyənləşib
0
0