"Kəpəz" - "Qəbələ" matçının vaxtı bəlli oldu
07.01.2024 - 21:26
"Kəpəz" - "Qəbələ" matçının vaxtı bəlli oldu

"Kəpəz" - "Qəbələ" matçının başlama vaxtı bəlli olub.

Apasport.az xəbər verir ki, bunu Gəncə klubunun mətbuat xidməti açıqlayıb.

Komandalar arasında yoxlama görüşü yanvarın 10-da keçiriləcək. Qarşılaşma saat 14:00-da start götürəcək. Matç Qəbələ şəhər stadionunda baş tutacaq.

Qeyd edək ki, "Kəpəz" təlim-məşq toplanışı çərçivəsində daha bir oyun keçirəcək. Gəncə təmsilçisi yanvarın 15-də "İmişli" ilə qarşılaşacaq.

0