"Kəpəz" "Qəbələ"ni məğlub etdi
10.01.2024 - 17:12
"Kəpəz" "Qəbələ"ni məğlub etdi

Qış təlim-məşq toplanışı çərçivəsində "Kəpəz" "Qəbələ" ilə qarşılaşıb.

Apasport.az-ın xəbər verir ki, matç Gəncə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, hər iki komanda yanvarın 15-də ikinci yoxlama matçını keçirəcək. “Qəbələ” “Araz-Naxçıvan”ı, “Kəpəz” isə “İmişli”ni qəbul edəcək.

14:00. "Qəbələ" - "Kəpəz" - 1:2

Qollar: Ülvi İsgəndərov, 13 (1:0), Georgi Papunaşvili, 25 (1:1), Murad Musayev, 32-avtoqol (1:2)

Qəbələ şəhər stadionu

0